...

Bu il dövlət-özəl maliyyələşmə modeli əsasında neçə min uşaq bağça ilə təmin edilə bilər?

Cəmiyyət Materials 15 Oktyabr 2025 17:37 (UTC +04:00)
Bu il dövlət-özəl maliyyələşmə modeli əsasında neçə min uşaq bağça ilə təmin edilə bilər?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu il dövlət-özəl maliyyələşmə molldeli əsasında “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində 5000-dən artıq uşağın məktəbəqədər təhsilə cəlb edilməsini təmin edə bilərik.

Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva Təhsil TV-nin qonağı olarkən deyib.

“Bildiyiniz kimi, bu proqram hələ ilk illərdir, daha dəqiq desək, artıq ikinci ildir ki, həyata keçirilir. Bu il bizə 67 müəssisədən müraciət daxil olub. Bu, məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziyaya malik müəssisələrin təxminən 37-38 faizini təşkil edir”,- deyə o qeyd edib.

Vüsalə Əliyeva əlavə edib ki, hazırda sənədlərin yoxlanılması mərhələsi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti