...

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb

Siyasət Materials 15 Oktyabr 2025 17:54 (UTC +04:00)
Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi "X" sosial şəbəkə hesabında paylaşım edib.

Görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub:

"Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır", paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti