...

Dəniz nəqliyyatı ilə yük daşımaları 10%-ə yaxın artıb

İqtisadiyyat Materials 15 Oktyabr 2025 17:12 (UTC +04:00)
Dəniz nəqliyyatı ilə yük daşımaları 10%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-sentyabr aylarında daşınmış yüklərin həcmi 6,963 milyon ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artıb. Yüklərin 48,1 faizini neft yükləri təşkil edib.

Hesabat dövründə dəniz limanları tərəfindən 9,861 milyon ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7,852 milyon tonunu və ya 79,6 faizini tranzit yüklər təşkil edib.

2025-ci il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 410,2 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,8 faiz azalaraq 19,3 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti