Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 59 milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,9 faiz çoxdur.
Ümumi dəyərin 78,7 faizini pərakəndə ticarət dövriyyəsi, 17,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,8 faiz artaraq 56,6 milyard manata bərabər olub, onun 44,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.