Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 819,9 manat təşkil edib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.
Qeyd edək ki, hesabat dövründə muxtar respublikanın büdcə gəlirləri 205,559 milyon manat, büdcə xərcləri isə 302,274 milyon manat təşkil edib. Bu da 2024-cü ilin ilk 9 ayındakı göstəriciyə nisbətən müvafiq olaraq 13,1% və 4,6% artım deməkdir.