...

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

İqtisadiyyat Materials 15 Oktyabr 2025 18:00 (UTC +04:00)
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1,018 milyard manat təşkil edib.

Bu barədə Trend Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Qeyd edək ki, ölkə üzrə 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard manatlıq, o cümlədən 25,359 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21,064 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyriərzaq malları üzrə 6,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti