...

Rusiyadan idxal olunan bu çay çeşidlərində uyğunsuzluq yoxdur - AQTA (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2025 16:20 (UTC +04:00)
Rusiyadan idxal olunan bu çay çeşidlərində uyğunsuzluq yoxdur - AQTA (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan idxal olunan "Greenfield" və "Tess" çay çeşidlərinin müayinəsi nəticəsində uyğunsuzluq müəyyən edilməyib.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.

"Rusiya istehsalı olan ölkəmizə idxal edilmiş çay brendlərindən - "Greenfield" və "Tess" çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Aparılan müayinələr nəticəsində hər iki çayın sınaq nəticələri qənaətbəxşdir, hər hansı uyğunsuzluq müəyyən edilməyib",- Agentlikdən əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti