...

Dəmir yolu nəqliyatı ilə sərnişin daşımaları 20%-ə yaxın artıb

İqtisadiyyat Materials 15 Oktyabr 2025 17:12 (UTC +04:00)
Dəmir yolu nəqliyatı ilə sərnişin daşımaları 20%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-sentyabr aylarında 12,5 milyon ton yük, 7,157 milyon sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 10,7 faiz azalma, sərnişin daşınmasında isə 19,5 faiz artım müşahidə olunub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 5,4% faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 177,7 milyon ton yük daşınıb. Yüklərin 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava, 61,3%-i avtomobil nəqliyyatı, 27,6%-i isə boru kəməri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti