Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1,2 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur.
Hesabat dövründə muxtar respublikada əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun dəyəri 2 544 manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 3,8% çoxdur.