Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 153,181 milyon manata bərabər olub.
Bu barədə Trend Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,1% artaraq 10,56 milyard manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 7,943 milyard manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib.