...

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 10%-ə yaxın artıb

İqtisadiyyat Materials 15 Oktyabr 2025 17:38 (UTC +04:00)
Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 10%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 28,363 milyon manat təşkil edib.

Bu barədə Trend Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 9,5% çoxdur.

Qeyd edək ki, ölkə üzrə informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,7 faiz artaraq 2,741 milyard manat təşkil edib. Bunun da 72,6 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 34 faizi və ya 932,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti