Bakı. Trend:
Cari ilin yanvar-sentyabr ayları ərzində 28,1 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, onların 63,22%-ni kişilər, 36,78%-ni isə qadınlar təşkil edib.