...

Böyük Britaniyada işləmək istəyən miqrantlar üçün yeni ingilis dili tələbi tətbiq olunacaq

Dünya xəbərləri Materials 15 Oktyabr 2025 05:51 (UTC +04:00)
Böyük Britaniyada işləmək istəyən miqrantlar üçün yeni ingilis dili tələbi tətbiq olunacaq

Bakı. Trend:

Böyük Britaniya hökuməti immiqrasiya qaydalarını sərtləşdirərək 2026-cı il yanvarın 8-dən etibarən bəzi miqrantlardan B2 səviyyəsində ingilis dili biliyinə sahib olmağı tələb edəcək.

Trend xəbər verir ki, yeni qaydalar ali təhsil məzunlarına, həmçinin “Skilled Worker” və “Scale-up” vizalarına müraciət edən ixtisaslı işçilərə şamil ediləcək. Hazırda tələb olunan B1 səviyyəsi artıq B2 səviyyəsi ilə əvəzlənəcək.

Xatırladaq ki, “Skilled Worker” vizası üçün müraciət edən şəxslər yalnız hökumət tərəfindən təsdiqlənmiş işəgötürənlərdə işləyə bilər və illik gəlirləri ən azı 41min 700 funt sterlinq və ya iş növü üçün müəyyən edilmiş bazar dəyəri səviyyəsində olmalıdır. Bu dəyişikliklər hökumətin immiqrasiyanın miqyasını azaltmaq və ölkəyə gələnlərin inteqrasiyasını gücləndirmək planının bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti