Bakı. Trend:
Pakistan ordusu Əfqanıstan ərazisində yerləşən terrorçu qruplaşmaların mövqelərinə zərbə endirib.
Trend xəbər verir ki, bu barədə ölkənin PTV dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, oktyabrın 14-ü axşam saatlarında “Taliban” qüvvələri və “Fitna əl-Həvaric” qruplaşmasının silahlıları Pakistanın sərhəd məntəqələrini atəşə tutublar.
Cavab əməliyyatı zamanı Pakistan ordusu qarşı tərəfin bir sərhəd postunu və tank atəş mövqeyini məhv edib.