...

Vətəndaşlarımızın tibbi xidmətləri xarici ölkələrdə axtarmasını istəmirik - TƏBİB rəsmisi

Cəmiyyət Materials 15 Oktyabr 2025 11:59 (UTC +04:00)
Vətəndaşlarımızın tibbi xidmətləri xarici ölkələrdə axtarmasını istəmirik - TƏBİB rəsmisi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

TƏBİB olaraq ilk hədəfimiz vətəndaşlarımıza tibbi xidmətin keyfiyyətli və əlçatan olmasını təmin etməkdir. Tibbi xidmətləri vətəndaşlarımızın xaricdə axtarmasını istəmirik.

Trend xəbər verir ki, bu fikirləri TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev “Azərbaycan Sağlamlıq Turizmi Konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, bu səbəbdən xəstəxanaların maddi-texniki bazası, infrastrukturu olduqca yaxşılaşdırılıb.

TƏBİB rəsmisi bildirib ki, bununla yanaşı Dövlət Turizm Agentliyi ilə birgə strategiya hazırlanıb.

“Hədəf ölkələri araşdırmışıq. Növbəti ilin mart ayından hədəf ölkələrdən bir qrup med agent və tur operatorlar ölkəmizə dəvət olunacaqlar”.

Xəbər lenti

Xəbər lenti