...

Prezident İlham Əliyev Azərbaycan və Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Cəmiyyət Materials 15 Oktyabr 2025 13:05 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan və Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiqləyib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti asında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmana əsasən, 2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməldir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndəməlidir.

Xəbər lenti

Xəbər lenti