Bakı. Trend:
Ölkədə açılacaq 3600 kvadratmetrlik reabilitasiya mərkəzinin “Yeni Klinika”da olacağı planlaşdırılır.
Trend xəbər verir ki, bu fikirləri Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev “Azərbaycan Sağlamlıq Turizmi Konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin mərkəzin açılışı yaxın zamanda olacaq.
“Burada müalicə üçün robotik üsullardan istifadə ediləcək. Qafqazda ilk dəfə o böyüklükdə mərkəz bizim xəstəxana təqdim olunacaq”.
Qurum rəsmisi əlavə edib ki, belə mərkəzlərin regionlarda da açılaması, bu xidmətlərin bölgələrdə də göstərilməsini planlaşdırılır.
xxx
11:42
Bu yaxınlarda xəstəxanaların birində 3600 kvadratmetrlik reabilitasiya mərkəzi açılacaq.
Trend xəbər verir ki, bunu II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda çıxışı zamanı TƏBİB-in icraçı direktor müavini Araz Nəsirov deyib.
O bildirib ki, sağlamlıq turizmi beynəlxalq sosial məsuliyyətdir.
“Ölkəmizdə COP29 keçirildikdə minlərlə qonaq gəlmişdi və onların sağlamlıq məsələsi dövlət müəssisələri tərəfindən qarşılandı. Sağlamlıq turizmi bilik və təcrübənin vəhdəti olaraq görülür. Ölkəmiz coğrafi baxımdan çox əlverişli yerdə yerləşir”.
TƏBİB rəsmisi əlavə edib ki, həmçinin bu yaxınlarda Şuşada müalicə sağlamlıq mərkəzinin açılış olub.