...

Belarus Qarabağda Azərbaycanla əməkdaşlığın yeni perspektivlərini görür - Səfir

Cəmiyyət Materials 15 Oktyabr 2025 11:35 (UTC +04:00)
Belarus Qarabağda Azərbaycanla əməkdaşlığın yeni perspektivlərini görür - Səfir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Belarus sənaye əməkdaşlığı, birgə istehsalat müəssisələrinin yaradılması və biznes təcrübəsinin mübadiləsi sahəsində Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirir.

Trend xəbər verir ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında iqtisadi əlaqələrin gələcək inkişafı üçün möhkəm təməl formalaşıb. Səfir xüsusilə sənaye əməkdaşlığına diqqət çəkərək bunu iki ölkə arasında əməkdaşlığın əsas istiqaməti adlandırıb.

“Biz birgə layihələrin həyata keçirilməsi üçün, ələlxüsus da sənaye istehsalı və infrastruktur tikintisi sahəsində böyük imkanlar görürük. Belarus ixrac yönümlü ölkədir və ÜDM-in yarısı xarici bazarlar hesabına formalaşır. Buna görə də Azərbaycan biznesi, özəl sektor və dövlət dəstək strukturları ilə sistemli əməkdaşlıqla maraqlıyıq”, – deyə səfir bildirib.

O həmçinin Azərbaycanda sahibkarlığın dövlət fondları və dəstək mexanizmlərinin əhəmiyyətini vurğulayıb, bunların dövlətə müəssisələrin kapitalında 30%-dək iştirak etmək və 5–7 il ərzində çıxış imkanı yaratdığını qeyd edib.

Diplomat Qarabağda həyata keçirilən iri infrastruktur layihələrinə də diqqət çəkib. Onun sözlərinə görə, bölgənin inkişafı Azərbaycanın ərazilərin bərpasına strateji yanaşmasının simvoluna çevrilib.

“Mən 20 dəfədən çox Qarabağa səfər etmişəm və bölgənin görünüşünün necə sürətlə dəyişdiyini qeyd edə bilirəm. Şəhərlər bərpa olunur, yeni iş yerləri və sosial infrastruktur yaradılır. Bu, birgə Belarus-Azərbaycan təşəbbüsləri üçün yeni perspektivlər açır”,-deyə Dmitri Pineviç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti