...

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

İqtisadiyyat Materials 15 Oktyabr 2025 17:36 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Müxtəlif istiqamətlərdə müntəzəm avtobusmarşrutları müsabiqəyə çıxarılır.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasıilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü(Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Şəki, Gəncə-Saatlı, Gəncə-Kəlbəcər, Gəncə-Horadiz, Sumqayıt-Göyçay, Mingəçevir-Qax, Mingəçevir-Gəncə, Şəki-Gəncə, Bərdə-İmişli, Bərdə-Zaqatala, Ağdaş-Gəncə, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Tərtər-Mingəçevir, Oğuz-Bərdə, Saatlı-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə şəhərlərarası, həmçininqanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıməqsədilə paytaxtın 11,17, 18, 20, 21, 24, 30, 32, 35, 38, 44, 61, 65, 72, 79, 88, 93, 523, 535 və E2 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobilnəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcılarıncəlb olunmasına dair müsabiqənin keçirilməsiQaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 13 noyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov (tel: 050-855-53-55, e-poçt: [email protected]) qəbulediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarlayanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdimolunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Şəki, Gəncə-Saatlı, Gəncə-Kəlbəcər, Gəncə-Horadiz, Sumqayıt-Göyçay və Mingəçevir-Qax istiqamətlərində 9 lot üzrə noyabrın 20-də;

Mingəçevir-Gəncə, Şəki-Gəncə, Bərdə-İmişli, Bərdə-Zaqatala, Ağdaş-Gəncə, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə və Tərtər-Mingəçeviristiqamətlərində 9 lot üzrə noyabrın 28-də;

Oğuz-Bərdə, Saatlı-Sumqayıt, Gəncə-Qazax vəQazax-Gəncə istiqamətlərində 7 lot üzrə dekabrın 1-də;

paytaxtın 17 (11 nömrəli məktəb – Yeni Yasamalyaşayış massivi), 20 (Qaraçuxur qəsəbəsi – TibbUniversiteti), 21 ("28 May" m/st - "Əhmədli” m/st), 38 (Tibb Universiteti - Keşlə qəsəbəsi, 523 (Sumqayıtşəhəri – Xırdalan şəhəri) və 535 (Novxanı kəndi –Xırdalan şəhəri) nömrəli avtobus marşrutları üzrə 6lotda dekabrın 3-də;

paytaxtın 24 (11 nömrəli məktəb – Qaraçuxurqəsəbəsi), 30 (“28 May” m/st – C.Naxçıvanskiküçəsi), 32 (“28 May” m/st – C.Naxçıvanski küçəsi), 35 (Suraxanı rayonu – Ramiz Quliyev küçəsi), 44 (Murtuza Muxtarov adına park – “Neftçilər” m/st) və72 (Köhnə Günəşli qəsəbəsi – “Sədərək” ticarətmərkəzi) nömrəli avtobus marşrutları üzrə 6 lotdadekabrın 5-də;

paytaxtın 18 (Nizami bağı – 9-cu mikrorayon), 61 (Azadlıq prospekti – 9-cu mikrorayon), 65 (9-cu mikrorayon – Azneft dairəsi), 79 (Mərkəzi Bank –M.Ə.Rəsulzadə qəsəbəsi), 88 (“Dərnəgül” m/st –20-ci Sahə dairəsi), 93 (“Dərnəgül” m/st – Sabunçudəmiryolu stansiyası) və E2 (Xırdalan şəhəri – “20 Yanvar” m/st) nömrəli avtobus marşrutları üzrə 7lotda dekabrın 9-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqındaməlumatı buradan əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti