Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 17,136 milyard kubmetr qaz ötürülüb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 332,8 milyon kubmetr və ya 2% artıb.
Ümumilikdə, hesabat dövründə magistral qaz kəmərləri ilə 29,825 milyard kub-metr qaz nəql edilib və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 0,9% artım müşahidə olunub. Qazın nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.