...

Naxçıvanın xarici ticarət dövriyyəsi azalıb

İqtisadiyyat Materials 15 Oktyabr 2025 17:30 (UTC +04:00)
Naxçıvanın xarici ticarət dövriyyəsi azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 93,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 4,7% azdır.

Hesabat dövründə muxtar respublikadan 10,3 milyon ABŞ dolları dəyərində məhsul ixracı qeydə alınıb ki, bu da ötən ilin eyni aylarındakı göstərici ilə müqayisədə 29,8% çoxdur.

Eyni zamanda, cari ilin ilk 9 ayında muxtar respublikaya 82,8 milyon ABŞ dolları dəyərində məhsul idxal olunub. Bu isə illik müqayisədə 7,8% azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti