Bakı. Trend
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 162,6 milyon nəfər olub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 5,4% faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 177,7 milyon ton yük daşınıb. Yüklərin 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava, 61,3%-i avtomobil nəqliyyatı, 27,6%-i isə boru kəməri ilə daşınıb.