...

2025-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeli qurumlara 8519 müraciət daxil olub

Cəmiyyət Materials 15 Oktyabr 2025 15:06 (UTC +04:00)
2025-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeli qurumlara 8519 müraciət daxil olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin doqquz ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 8519 vətəndaş müraciəti daxil olub.

Trend bu barədə Energetika Nazirliyinə istinadla xəbər verir.

Bildirilib ki, müraciətlərdən 1339-u məlumat, 7180-i isə icra xarakterli olub. Bunlardan 6835-i müvafiq qaydada icra edilib, 1684 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 431 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti