Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 108,9 milyon ton yük, 1,392 milyard sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu göstəricilərdə müvafiq olaraq 6,2 faiz və 6,3 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7,7 faiz, sərnişin dövriyyəsi isə 8,6 faiz artıb.