Bakı. Trend:
Yunanıstanın paytaxtı Afinada minlərlə insan 13 saatlıq iş gününün tətbiqinə etiraz etmək üçün yenidən küçələrə çıxıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, aksiya Afina Universitetinin rektorluğu qarşısında və Sintagma meydanında keçirilib. Etirazçılar yeni qanun layihəsinin geri götürülməsini tələb edib.
Etirazçıların əsas tələbi hökumətin qanun layihəsini ləğv etmək, etibarlı əmək müqavilələrinin tətbiqi, əməkhaqlarının artırılması və sosial təminatların qorunmasıdır.