...

Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan

Dünya xəbərləri Materials 15 Oktyabr 2025 22:24 (UTC +04:00)
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tezliklə elektrik enerjisi istehsal etməyə başlayacaq "Akkuyu" Atom Elektrik Stansiyasından əlavə, Ankara yeni nüvə enerjisi layihələrini işə salmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyətinin əsas məqsədlərindən biri ölkənin enerji asılılığını azaltmaqdır.

Bu baxımdan o, ölkədə, o cümlədən Qara dənizdəki "Sakarya" yatağında qaz və neft hasilatının artırılmasının vacibliyini qeyd edib.

"Bu gün "Sakarya" yatağından hasil edilən yerli təbii qaz dörd milyon müştərinin tələbatını ödəyir. Qara dənizdə hasilat gələn ilə iki dəfə, 2028-ci ilə qədər isə dörd dəfə artacaq", - deyə R.T.Ərdoğan qeyd edib.

O, həmçinin ölkədə aşkar edilən nadir torpaq elementlərinin əhəmiyyətli ehtiyatları barədə məlumat verib.

Türkiyə prezidenti bildirib ki, Əskişəhər vilayətinin Bəylikova rayonunda təxminən 694 milyon ton barit, flüorit və digər nadir torpaq elementləri aşkar edilib və bu, dünyanın ikinci ən böyük yatağıdır.

"Biz Türkiyəni dünyanın ilk beş istehsalçısından birinə çevirməyi planlaşdırırıq", - deyə R.T.Ərdoğan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti