Bakı. Trend:
NATO ölkələrinin yarıdan çoxu Ukrayna üçün ABŞ-d'n silah alınmasını nəzərdə tutan @Prioritized Ukraine Requirements List" (PURL) proqramına qoşulmağa hazır olduqlarını bəyan ediblər.
Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rutte Kiyevə silah tədarükü ilə bağlı müdafiə nazirləri səviyyəsində təmas qrupunun iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Yalnız ABŞ-ın təmin edə biləcəyi silah növləri var və bunun alternativi yoxdur. Bu, PURL təşəbbüsü deyilən təşəbbüsdür. Biz iclasa başlayanda bu təşəbbüsdə 6 NATO ölkəsi iştirak edirdi, lakin görüşdən sonra NATO ölkələrinin yarıdan çoxu - 16-17 ölkə ona qoşulmağa hazırdır", - deyə o qeyd edib.
NATO-nun baş katibi deyib ki, ümumilikdə, ABŞ-dən və ya ikitərəfli əsasda alınmış yeni silahların Ukraynaya tədarükü niyyəti 19 müttəfiq dövlətin təmas qrupunun iclasında açıqlanıb, lakin o, hansı silahların müzakirə olunduğunu dəqiqləşdirməyib.