...

Toronto şəhərində Turkuaz Türk Multikultural Festivalı keçirilib (FOTO)

Gündəm Materials 15 Oktyabr 2025 18:18 (UTC +04:00)
Toronto şəhərində Turkuaz Türk Multikultural Festivalı keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Turkuaz Türk İncəsənət və Mədəniyyəti Fondunun təşkilatçılığı ilə Turkuaz Türk Multikultural Festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, festivalın əsas məqsədi Kanadada türk mədəniyyətinin tanıdılması, qorunması və gələcək nəsillərə ötürülməsidir.

Festival Təbriz Musiqi və Rəqs Ansamblı, Hamilton Azərbaycan İcmasının istedadlı uşaqlarının rəngarəng çıxışları ilə başlayıb. Həmçinin Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs qrupu da səhnəyə çıxaraq izləyicilərə unudulmaz anlar yaşadıb.

Turkuaz Fondunun rəhbərləri Nəsrin Attari və Şervin Şadpur fondun Kanadada türk mədəni irsinin təşviqi istiqamətindəki fəaliyyətindən danışıblar. Mədəniyyətlərarası dialoqun gücləndirilməsinin və müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın önəmini vurğulayıblar.

Festivalda səslənən Azərbaycan şeirləri, “Ay işığında” adlı üç hissəli musiqili konsert proqramı, uyğur rəqsi, eləcə də rəqqasə Lina Şimminin çıxışı maraqla qarşılanıb.

Tədbirdə Ontario əyalətinin Vaughan şəhərinin meri Steven Del Duka (Steven Del Duca), Kanada parlamentinin üzvü Françesko Sorbara (Francesco Sorbara), Ontario əyalət parlamentinin deputatı (MPP) Laura Smit (Laura Smith), şəhər şurasının üzvləri Kris Eynsvörzs (Chris Ainsworth) və Toni Ruprext (Tony Ruprecht) kimi ictimai-siyasi xadimlər də iştirak edib. Qonaqlar çıxışlarında türk birliyinin Kanada cəmiyyətinə verdiyi mühüm töhfələrdən bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti