...

İğdırda Dədə Qorqud irsi yad edilib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2025 20:20 (UTC +04:00)
İğdırda Dədə Qorqud irsi yad edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İğdırda “Türk dünyasının ortaq mədəni irsi: Dədə Qorqud” adlı beynəlxalq elmi konfrans baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsi, İğdır Universiteti, Naxçıvan Dövlət Universiteti, İğdır Azərbaycan Evi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda alimlər, rəsmi qurumların nümayəndələri, QHT və media təmsilçiləri, tələbələr iştirak ediblər.

Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, sonra “Dədə Qorqudun izində, sözündə” sənədli filmi nümayiş olunub.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Dədə Qorqudun Türk dünyası üçün mənəvi və mədəni əhəmiyyətindən danışıb: “Bu gün biz təkcə elmi bir toplantı keçirmirik, həm də ortaq mədəniyyətimizin əsas dayaqlarından biri olan Dədə Qorqudu tarixi və ədəbi yönləri ilə yenidən dəyərləndiririk”.

İğdır valisi Ercan Turan onu “Türk millətinin mənəvi mənbə kodu” adlandırıb, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Dədə Qorqud irsinin ortaq yaddaşda xüsusi yerə sahib olduğunu qeyd ediblər.

Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev isə Dədə Qorqudun beynəlxalq səviyyədə tanınan və qorunan bir dəyər olduğunu vurğulayaraq, bunun bütün türk xalqları üçün qürur mənbəyi adlandırıb.

Tədbir panel iclası ilə davam edib. Dosentlər Oğuz Doğan və İsmayıl Abalının moderatoru olduğu iclasda Kamal Abdulla, professorlar Metin Ekici, Ramazan Korkmaz, Esma Şimşek, Səlahəddin Bəkki, Ayşə Çətin, Mehmet Çeribaş və Refiye Şenesen Dədə Qorqudun şəxsiyyəti və türk dünyasındakı rolu barədə məruzələrlə çıxış ediblər.

Sonda iştirakçılara hədiyyə və sertifikatlar verilib və “Türkiyə–Azərbaycan qardaşlıq türküləri” adlı musiqi proqramı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti