...

Bu ölkədə 6 milyonadək insan yoxsulluq şəraitində yaşayır

Dünya xəbərləri Materials 15 Oktyabr 2025 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada 2,2 milyon ailə və ya 5,7 milyon insan mütləq yoxsulluq şəraitində yaşayır. Bu da ümumi əhalinin 8,4 faizinə bərabərdir.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, həmin insanlar qidadan tutmuş mənzilə, səhiyyəyə, nəqliyyata və ya təhsilə qədər zəruri məhsul və xidmətləri belə ödəyə bilmir. Mütləq yoxsulluq 1,8 milyondan çox əcnəbini əhatə edir ki, bu da hər 3 nəfərdən birinə bərabərdir (35,6 faiz).

Son 5 il ərzində ölkədə yoxsulların sayının 1,1 milyon artdığı bildirilib. Yoxsul ailələrin 44,5 faizi ölkənin şimalında, 39,8 faizi Cənubi İtaliyada, 15,7 faizi isə Mərkəzi İtaliyada yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti