Bakı. Trend:
Böyük Britaniya 2050-ci ilə qədər ən azı 2 dərəcə qlobal istiləşmənin nəticəsində baş verəcək hava ekstremallarına qarşı hazır olmalıdır.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ölkə hazırda müşahidə edilən hava ekstremallarına belə kifayət qədər uyğunlaşmayıb, gələcəkdə gözlənilən daha ağır nəticələrə isə ümumiyyətlə hazır deyil.
Böyük Britaniya Paris Sazişində nəzərdə tutulan uzunmüddətli temperatur hədəflərinin də fövqündə iqlim dəyişikliklərinə hazırlaşmalıdır.