...

ABŞ Senatı şatdaun müddətini yenidən uzadıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 02:28 (UTC +04:00)
ABŞ Senatı şatdaun müddətini yenidən uzadıb

Bakı. Trend:

ABŞ Senatı doqquzuncu dəfədir ki, şatdaunun dayandırılmasına imkan verən hökumətin maliyyələşdirmə qanun layihəsini rədd edib.

Trend-in məlumatına görə, bu barədə "C-Span" televiziya kanalında yayımlanan səsvermənin nəticələrində qeyd olunub.

Bildirilib ki, Respublikaçıların təşəbbüsü tələb olunan 60 səsi toplaya bilməyib.

Qeyd edək ki, oktyabrın 1-də Senat büdcə qanun layihəsini razılaşdıra bilmədiyi üçün ABŞ hökuməti fəaliyyətini dayandırıb. Buna səbəb Demokrat və Respublikaçı partiyalar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı olub. Beləliklə, ABŞ hökumətin bağlanmasına daxil oldu - ölkə tarixində 22-ci və Prezident Donald Trampın dövründə dördüncü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti