...

Aİ hava hücumundan müdafiə sahəsində tərəfdaşlığı inkişaf etdirməyi planlaşdırır

Dünya xəbərləri Materials 15 Oktyabr 2025 23:15 (UTC +04:00)

Bakı. Trend:

Avropa Komissiyası təkliflər hazırlayıb ki, onlara əsasən, Aİ ölkələri növbəti beş il ərzində yenidən silahlanmanı və hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin gücləndirilməsi üzrə birgə layihələr həyata keçirəcəklər.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

""Bloomberg" tərəfindən görülən baxılan görə, Aİ qitəni yenidən silahlandırmaq və Rusiyanın qarşısını almaq üçün iddialı beşillik planı çərçivəsində yaxın aylarda birgə pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə layihələrinin həyata keçirilməsini təklif edəcək", - deyə agentlik bildirib.

Qeyd edilib ki, bu plan ilə birgə layihələrin faydalı ola biləcəyi bir neçə sahəni, o cümlədən hava və raketdən müdafiə, pilotsuz uçuş aparatları və onlarla mübarizə səhəsində layihələri müəyyən edilir. "Layihələrə nəzarət etmək üçün müvafiq koalisiyaların 2026-cı ilin əvvəlində fəaliyyətə başlaması, layihənin icrasına isə 2026-cı ilin ortalarında başlanması gözlənilir", - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti