Bakı. Trend:
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
Trend-in məlumatına görə, B qrupunda yer alan komanda Bakıda Almaniya təmsilçisi “Alba”nı sınağa çəkib.
Milli Gimnastika Arenasında təşkil olunan görüş rəqibin 85:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv keçirdiyi ilk matçda Çexiyanın “Nimburk” klubuna 65:93 hesabı ilə uduzub.