...

Azərbaycanın 2026-cı il icmal büdcəsinin gəlirləri 2,3 faiz artacaq

İqtisadiyyat Materials 15 Oktyabr 2025 23:58 (UTC +04:00)
Azərbaycanın 2026-cı il icmal büdcəsinin gəlirləri 2,3 faiz artacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üçün Azərbaycanın icmal büdcəsinin gəlirlərinin həcmi 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 1 milyard 18,8 milyon manat və ya 2,3 faiz artaraq 44 milyard 969,4 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan və 2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.

Sənədə əsasən, ortamüddətli dövrün sonuna qədər icmal büdcə gəlirlərinin 6 milyard 472 milyon manat və ya 14,7 faiz artaraq 50 milyard 422,5 milyon manata çatacağı gözlənilir.

Hesabatda həmçinin qeyd olunur ki, 2026-cı il üçün icmal büdcənin xərcləri 2025-ci illə müqayisədə 1 milyard 209,9 milyon manat və ya 2,5 faiz çox olmaqla 48 milyard 839,3 milyon manat səviyyəsində nəzərdə tutulur. Ortamüddətli dövrün sonunda isə bu göstəricinin 4 milyard 553 milyon manat və ya 9,6 faiz artaraq 52 milyard 182,4 milyon manata yüksələcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti