Bakı. Trend:
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində mübarizəyə başlayıb.
Trend-in məlumatına görə, paytaxt təmsilçisi I qrupda Polşanın "Trefl" klubu ilə üz-üzə gəlib.
Soport şəhərində yerləşən “Sopot Centennial” idman zalında keçirilən matç rəqibin 92:63 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Neftçi” Avropa Kubokunda növbəti oyunlarını "Kalev/Kramo" (Estoniya) və "Bursaspor" (Türkiyə) komandalarına qarşı keçirəcək.