...

Tramp Ukraynaya hərbi yardım variantlarını nəzərdən keçirir

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 00:54 (UTC +04:00)
Tramp Ukraynaya hərbi yardım variantlarını nəzərdən keçirir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın müxtəlif variantlarını nəzərdən keçirdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərə deyib.

"Bəli, müxtəlif variantları araşdırıram", - deyə o, jurnalistin Vaşinqtonun Kiyevi Tomahawk raketlərindən başqa silahlarla təmin edə biləcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Ukrayna tərəfi “hücumedici nəsə istəyir”.

"Mən bəzi qərarlar verməli olacağam", - deyə D.Tramp yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti