Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı xərclərin (Böyük Qayıdış I planının layihəsi) 2026–2029-cu illərdə 13,5 milyard manat olacağı proqnozlaşdırılır. Bu məbləğin əsaslı xərclərdəki xüsusi çəkisi 23,5 faiz təşkil edir.
Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədində qeyd olunub
Sənəddə bildirilib ki, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin əsas hissəsini Böyük Qayıdış Proqramının icrası, həmçinin ölkənin müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsi istiqamətində layihələr təşkil edəcək.