...

2026-cı ilin dövlət büdcəsi üzrə yeni proqnozlar açıqlanıb

İqtisadiyyat Materials 16 Oktyabr 2025 00:29 (UTC +04:00)
2026-cı ilin dövlət büdcəsi üzrə yeni proqnozlar açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu göstəricilər Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi sənədində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il üçün dövlət büdcəsinin xərclərinin 25 milyard 161,2 milyon manatı və ya 60,3 faizi cari xərclərə yönəldiləcək ki, bu da 2025-ci illə müqayisədə 407,3 milyon manat və ya 1,6 faiz çoxdur. Əsaslı xərclər 14 milyard 84,8 milyon manat və ya 33,8 faiz təşkil edəcək ki, bu da 2025-ci illə müqayisədə 169,3 milyon manat və ya 1,2 faiz azdır. Dövlət borcu və öhdəliklərinə xidmətlə bağlı xərclər isə 2 milyard 457,6 milyon manat və ya 5,9 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 58 milyon manat və ya 2,4 faiz artımı göstərir.

Qeyd edək ki, Maliyyə Nazirliyinin "Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” sənədində dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri isə 41 milyard 548,6 milyon manat proqnozlaşdırılmışdı. Beləliklə, gəlirlər 186 milyon manat, xərclər isə 155 milyon manat artırılıb.

Xəbər lenti

Xəbər lenti