...

Hərbi Prokurorluqda 3 kadr təyinatı olub

Cəmiyyət Materials 16 Oktyabr 2025 13:19 (UTC +04:00)
Hərbi Prokurorluqda 3 kadr təyinatı olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Trend xəbər verir ki, hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədov əmri ilə ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.

İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti