Bakı. Trend:
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 16 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma-təftiş işləri aparılacaq.
"Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ətraf ərazilərində və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",- deyə əlavə edilib.