...

Azərbaycanda ilk dəfə olaraq bu ilin sonunadək banklardan biri "Az-QR" standartına keçid edəcək

İqtisadiyyat Materials 16 Oktyabr 2025 15:18 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq bu ilin sonunadək banklardan biri "Az-QR" standartına keçid edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"PAŞA Bank" bazarda POS-termianallarda "Az-QR" sistemini bu ilin sonunadək tətbiq edəcək.

Trend xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2025-ci ilin birinci yarımilinin nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ən geci bir ay ərzində bu işlər tamamlanacaq: "PAŞA Bank" burada ən birinci olacaq. Çünki "Az-QR" standartını yerinə yetirmək üçün arxasında müəyyən işlər görülməlidir. Mərkəzi Bankın bu tələbi də bizim öhdəliyimizdir. Biz bunu həyata keçirəcəyik".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) "Az-QR" standartını ödəniş bazarı iştirakçılarına təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti