...

Kanadada 11 ölkənin iştirakı ilə hərbi təlimlər başlayır

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 11:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Kanadanın Nyu-Bransuik əyalətində partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə beynəlxalq hərbi təlimlər başlayır.

Trend xəbər verir ki, bu barədə Kanada hökuməti bəyanat yayıb.

Təlimlərin oktyabrın 29-a kimi davam edəcəyi bildirilir. “Ardent Defender-2025” adlı hərbi manevrlər Kanadanın “Qeyctaun” hərbi bazasında keçiriləcək. Təlimlərdə Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Kanada, Niderland, Yeni Zelandiya, Slovakiya, İsveç və Çexiyadan hərbçilər iştirak edəcək.

Ümumi şəxsi heyətin sayı barədə məlumat verilmir.

Təlimlər zamanı partlamamış sursatların və kustar üsulla hazırlanmış partlayıcı qurğuların məhv edilməsi, eləcə də onların təhlükəsiz zərərsizləşdirilməsi üzrə müxtəlif mümkün ssenarilərin məşqi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti