Bakı.Trend:
Xalq artisti Ramiz Quliyev dəfn olunub.
Trend xəbər verir ki, mərhumla əvvəlcə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub.
Qeyd edək ki, Xalq artisti, tarzən Ramiz Quliyev 78 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.