Bakı.Trend:
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan İtaliyaya 4,993 milyard ABŞ dolları dəyərində 9,589 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadla məlumat verir.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 529 milyon dollar (21,9 faiz), həcmi baxımından isə 3,014 milyon ton (19,9 faiz) çoxdur.
Belə ki, ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan İtaliyaya 4 milyard 164 milyon dollar dəyərində 6,575 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunmuşdu.
Hesabat dövrü ərzində İtaliya Azərbaycan neftinin idxal etdiyi ölkələr arasında birinci yeri tutub.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8 milyard 939 milyon ABŞ dolları dəyərində 16,996 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib.