Bakı. Trend:
İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarından Qəzza zolağında həlak olan girovların qalıqlarının olduğu daha iki tabut alıb.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, hərbçilər tezliklə onları İsrailə aparacaqlar, orada məhkəmə-tibb ekspertləri qalıqların tanınması prosesini aparacaqlar. Həlak olanların adları hələlik açıqlanmır.
Bundan az sonra İsrail ordusunun mətbuat xidməti məlumat yayıb ki, ölənlərin qalıqları artıq ölkəyə çatdırılıb.