...

Bu il Azərbaycanın Mərkəzi Asiyadakı ən iri ticarət tərəfdaşları açıqlanıb

İqtisadiyyat Materials 16 Oktyabr 2025 13:15 (UTC +04:00)
Bu il Azərbaycanın Mərkəzi Asiyadakı ən iri ticarət tərəfdaşları açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azəraycanla ticarət dövriyyəsinin həcminə görə, Qazaxıstan birinci yerdə qərarlaşıb. Yanvar-sentyabr aylarında göstərici 370 milyon dollar artaraq 568 milyon dolları ötüb və bu, regionun digər ölkələrinin nəticələrindən xeyli yüksəkdir.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Həmçinin Qazaxıstan və Azərbaycan arasında ticarətin strukturu Azərbaycana idxalın əhəmiyyətli həcmi (497,7 milyon dollar) ilə səciyyələnir.

Hesabat dövründə Özbəkistan Azərbaycanla ticarət dövriyyəsi üzrə ikinci yeri tutub(təxminən 318,9 milyon dollar), belə ki, həmin dövr ərzində 148 milyondan çox artım qeydə alınıb. Qırğızıstan və Tacikistanın Azərbaycanla ticarət həcmı liderlərin göstəricilərindən xeyli aşağı olsa da, bu ölkələrlə də ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunur. Qırğızıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 62 milyon dollardan çox artıb, Tacikistanla Azərbaycan arasındakı ticarət dövriyyəsi isə iki dəfədən çox artaraq 10,6 milyon dollar olub.

Ölkə adı

İxrac (min ABŞ dolları)

İdxal (min ABŞ dolları)

Qazaxıstan

70 419,82

497 735,67

Qırğızıstan

11 682,35

50 776,01

Özbəkistan

53 436,72

265 483,25

Tacikistan

9 798,7

807,12

Türkmənistan

50 080,28

127 215,44

Отметим, что, согласно расчетам Государственного таможенного комитета Азербайджана, за январь-сентябрь этого года Азербайджан провел торговые операции со 173 странами на сумму 34,498 миллиарда долларов США.

Товарооборот составил 19,9 миллиарда долларов США по экспорту и 14,6 миллиарда долларов США по импорту. Таким образом, в годовом выражении экспорт снизился на 6,3%, а импорт вырос на 14,5%.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti