...

Kipr klubları "Qarabağ"ın futbolçusu ilə maraqlanırlar

İdman Materials 16 Oktyabr 2025 13:30 (UTC +04:00)

Bakı. Trend:

"Qarabağ" və Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov Kipr klublarının maraq dairəsindədir.

Trend xəbər verir ki, Kipr klubları millimizin üzvünü yayda heyətinə qatmaq istəyib. Lakin Abbas Hüseynov "Qarabağ"da qalmağa üstünlük verib.

“Aris”(Limassol) və APEOL müdafiəçini indi də izləyirlər və onun transferi üçün qışda, ən pis halda isə yayda "Qarabağ"a müraciət edəcəklər.

Əlavə edək ki, 30 yaşlı futbolçusunun "Qarabağ"la müqavilə müddəti 2027-cı il iyunun 30-na qədərdir.

Xəbər lenti

Xəbər lenti