...

ABŞ hökumətinə aid şəbəkələr kiberhücuma məruz qalıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 10:15 (UTC +04:00)
ABŞ hökumətinə aid şəbəkələr kiberhücuma məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyi (CISA) Amerikanın “F5” şirkətinin proqram təminatında aşkarlanan boşluqlar səbəbindən adı açıqlanmayan xarici dövlətlə əlaqəli hakerlərin ABŞ-nin federal hökumət qurumlarının şəbəkələrinə giriş əldə etdiyini müəyyən edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Agentliyin bildirdiyinə görə, xarici dövlətlə əlaqəsi olan kibercinayətkarlar “F5” şirkətinin daxili sistemini sındıraraq şirkətin proqramlaşdırma mühitinə və məlumat kitabxanasına uzunmüddətli giriş əldə edib.

Bunun nəticəsində federal qurumlar tərəfindən istifadə olunan “F5” məhsulları vasitəsilə hakerlər daxili sistemlərin hesab məlumatlarını və təhlükəsizlik açarlarını ələ keçirərək məxfi informasiyaya çıxış imkanı qazanıblar. "CISA" bu səbəbdən hökumət qurumlarından yaranmış boşluğu aradan qaldıracaq yeniləmələri ən geci 22 oktyabra qədər quraşdırmağı tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti