...

Rusiyalı qadın döyüşçü UFC-dən qovulub

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 10:55 (UTC +04:00)
Rusiyalı qadın döyüşçü UFC-dən qovulub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyalı qadın qarışıq əlbəyaxa döyüş sənətləri (MMA) ustası İrina Alekseyeva UFC-nin rosterindən ( döyüşçü siyahısından-red) kənarlaşdırılıb.

Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Oktyabrın 11-də Alekseyeva Rio-da-Janeyro şəhərində keçirilən “UFC Fight Night” turnirində braziliyalı Beatris Meskiteyə məğlub olmuşdu. Bu nəticə rusiyalı döyüşçünün ardıcıl 3-cü məğlubiyyəti olduğundan UFC rəhbərliyi tərəfində onun rosterdən çıxarılması barədə qərar qəbul olunub.

Peşəkar MMA döyüş karyerasında Alekseyevanın xidməti siyahısında ümumilikdə beş qələbəsi və dörd məğlubiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti